|
Web sayt — xüsusi format
olunmuş və özündə mətn (text), qrafika
(graphic), istinadları (hyperlink) və
animasiyaları (animation) göstərən sənədlər
toplusudur. Web saytlar 2 cür olurlar: Statik və
dinamik.
Statik sayt - saytı
hazırlayanın kompüterində hazırlanır və
yeniləndirilir. Sonra isə FTP köməkliyi ilə
web
serverə yüklənir. Burada saytı hazırlayanın işi
tam olaraq proqramdan asılıdır və proqram olmasa
saytı yeniləndirmək mümkün olmur.
Dinamik sayt - birbaşa
web serverdə hazırlanır və CMS (məzmunun
idarəetmə sistemi) tərəfindən idarə olunur.
Burada sayt hazırlayan heç bir proqramdan asılı
olmayaraq, istənilən kompüterdə saytına öz
istifadəçi adı və şifrəsi ilə daxil olaraq,
saytında yenidən qurma işləri apara bilər. |